Menu

Somalidə terror aktı nəticəsində 20 nəfər ölüb

19.02.2017, 17:50
Somalidə terror aktı nəticəsində 20 nəfər ölüb

Somalinin paytaxtı Moqodişoda minalanmış maşının bazar yaxınlığında partladılması nəticəsində 20 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Moqodişonun bələdiyyə sədrinin sözçüsü Əbdul- Fəttah Əl-Haleni mətbuat nümayəndələrinə məlumat verib.

Partlayış insanların gur olduğu vaxtda törədilib. Terror hücumuna görə məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol