Menu

«Qoy, ABŞ hakimiyyəti Trampın sözlərinə aydınlıq gətirsin» - İsveç hökuməti

20.02.2017, 00:06
«Qoy, ABŞ hakimiyyəti Trampın sözlərinə aydınlıq gətirsin» - İsveç hökuməti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsveç hökuməti ABŞ hakimiyyətindən xahiş edib ki, Prezident Donald Trampın «miqrantarla bağlı İsveçin qarşılaşdığı problemlər» barədə səsləndirdiyi sözlərə aydınlıq gətirsin. Bu barədə İsveç Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Katarina Akselson «Aftonbladet» nəşrinə danışıb.

«Bizim Vaşinqtondakı səfirliyimiz ABŞ Dövlət Departamenti ilə əlaqəyə girərək, xahiş elib ki, Trampın sözlərinin nəyə işarə olduğuna, İsveçdə nə baş verdiyinə aydınlıq gətirsin» - deyə isveçli diplomat qeyd edib.

Florida şatatında çıxışı zamanı ABŞ Prexidenti Almaniyada qaçqınlarla bağlı vəziyyəti şərh edib və İsveçdə «nəyin baş verdiyinə» diqqət yönəltməyə çağırıb.

Tramp belə deyib: «Baxın, dünən İsveçdə nə baş verdi. İsveç - kimin ağlına gələrdi? Onlar problemi olan çoxlu adam gətirdilər, onlar heç ağıllarına belə gətirməzdilər…»

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol