Menu

Gülər Əhmədovanın məhkəməsi seçkidən sonraya qaldı

30.09.2013, 12:52
Gülər Əhmədovanın məhkəməsi seçkidən sonraya qaldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq deputat Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmə prosesi başlamalı idi. Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçiriləcək proses naməlum səbəbdən təxirə salınıb.

Məhkəmənin qəbul şöbəsindən bildiriblər ki, Gülər Əhmədovanın cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası oktyabrın 21-ə təyin edilib (Teleqraf.com).

Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Bu ilin fevralın 13-də isə Gülər Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.(azadliq.info)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol