Menu

Makkeyndən Trampa xəbərdarlıq

20.02.2017, 18:46
Makkeyndən Trampa xəbərdarlıq

Respublikaçı senator Trampı tənqid edən KİV-in müdafiəsinə qalxdı!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Respublikaçılar Partiyasından senator Con Makkeyn Prezident Donald Trampı tənqid edən KİV-in müdafiəsinə qalxıb.

Senator Prezident Trampa xatırladıb ki, KİV-ə basqıları adətən, diktatorlar başlayıblar. Makkeyn etiraf edib ki, o özü də jurnalistləri sevmir, ancaq onlar lazımdırlar («Sky News»).

Bir müddət əvvəl, hər zaman KİV-i tənqid edən ABŞ Prezidenti özü barədə materiallar dərc edən KİV-i «xalq düşməni» adlandırmışdı. Bu sıraya "New York Times", CNN, NBC, ABC və CBS kimi tanınmış telekanal və nəşrlər daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol