Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin vəfat edib.APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-i açıqlama yayıb.
Onun fevralın 20-də Nyu-Yorkda vəfat etdiyi bildirilir. Vitaliy Çurkin 65 yaşına bir gün qalmış dünyasını dəyişib.
“New York Post” qəzetinin məlumatına görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov onun iş yerində özünü qəflətən pis hiss etdiyini bildirib. Onun sözlərinə görə, hospitala çatdırılan diplomatın həyatını xilas etmək mümkün olmayıb.
V.Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub, həmçinin ölkəsini və BMT Təhlükəsizlik Şurasına təmsil edib.


Şərhlər