Menu

Ərəblərlə ruslar dünyanın ən güclü qırıcısını yaradır

20.02.2017, 22:58
Ərəblərlə ruslar dünyanın ən güclü qırıcısını yaradır

Rusiya və Birləşmiş Ərəb Əmirlikləri birgə 5-ci nəsil qırıcılar hazırlayacaqlar.Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov söyləyib.

“Bununla bağlı işi böyük ehtimalla gələn ildən başlayacağıq. Layihə çox çətindir. Məncə, bu təyyarə 7-8 ildən tez yaradılmayacaq. Yeni təyyarə üçün əsas baza MiQ-29-lar olacaq”, – Çemezov bildirib.

Qeyd edək ki, indiyə qədər beşinci nəsil qırıcıları yalnız ABŞ və Çin hazırlaya bilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol