Menu

“Azəravtoyol”un işçilərinə fəxri ad verildi

21.02.2017, 09:42
“Azəravtoyol”un işçilərinə fəxri ad verildi

Prezident İlham Əliyev “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamla Əliyev Ziyəddin İsmayıl oğlu və Qasımov Əflatun Allahyar oğluna “Əməkdar mühəndis” fəxri adı verilib. Həmin şəxslər Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə təltif olunublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol