Menu

ABŞ Suriya müxalifətinə hərbi yardım proqramını dayandırdı!

21.02.2017, 19:01
ABŞ Suriya müxalifətinə hərbi yardım proqramını dayandırdı!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən koordinasiya olunan və Suriyanın şimal-qərbindəki müxalifət qüvvələrinə hərbi yardımı nəzərdə tutan proqramı dayandırıb.

Bu barədə xəbəri müxalifət daxilindəki mənbəyə istinadla, «Röyter» agentliyi yayıb.

Müxalifət qüvvələri xəbər veriblər ki, proqram yanvar ayında ekstremistərin hücumundan sonra dondurulub və bəzi təşkilatı-yenidənqurma tədbirlərindən sonra bərpa olunacaq.

ABŞ rəsmi dairələri bildirirlər ki, bu addım ölkədə administrasiya dəyişikliyi ilə bağlı deyil və ekstremistlərin hücümuna bir cavabdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol