Menu

Suriyada yeni iddia - Müxalif kürdlər PKK-ya qarşı vuruşur

22.02.2017, 23:13
Suriyada yeni iddia - Müxalif kürdlər PKK-ya qarşı vuruşur

Müxalif kürd qruplaşmaları PKK terror qruplaşmasının Suriya qolu PYD-yə qarşı vuruşur. "Ölkə.Az" xəbər verir ki, kürd müxalifləri PYD-nin siyasətinə və hərəkətlərinə etiraz əlaməti olaraq onlara qarşı mübarizə aparırlar.

İŞİD-in hücumlarından qaçıb Susambat kəndinə sığınan Azad Suriya Ordusuna tabe olan müxalif kürd qruplaşmalarından birinin komandiri Mahmud Halo Əbu Hamza bu barədə məlumat verib. Əbu Hamza bildirib ki, kürd gənclərdən təşkil edilən Salahaddin Tugayı PYD ilə Hələbin şimal kəndlərində vuruşur.

Əbu Hamza deyib: "PYD üçün inqilabı dəstəkləyən kürd və ya ərəb İŞİD-dən daha təhlükəlidir. Bir kürdün müxaliflərə qoşulmasını PYD qəbul etmir. Mən kürdəm. PYD-yə qarşı müxaliflərlə birlikdə hərəkət etdiyim üçün həbs edildim. 15 ay işıqsız bir kamerada qaldım. 4 ay hər gün mənə işgəncə etdilər. PYD edam edilməyim barədə qərar qəbul etdi. Müxaliflərlə PYD arasında həbs edilənlərin dəyişdirilməsində azadlığa qovuşdum. PYD müxaliflərə qoşulan iki kürdü gözümün qarşısında edam edib".

Əbu Hamza həm də qeyd edib ki, bölgədə Əsəd rejimi və İrana xidmət edən PYD-nin kürdlərlə heç bir əlaqəsi yoxdur. Kürd gəncləri PKK ucbatından Avropaya qaçır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol