Menu

“Çurkinin ölüm səbəbi mətbuata sızdırılıb"- Rusiya

22.02.2017, 23:28

zaxarovaMoskva Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin ölümünün səbəbinin araşdırılması barədə mətbuata sızan məlumatlardan çaşqındır. Virtualaz.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, Moskva Vaşinqtonu bu cür informasiyanı yalnız rəsmi kanallarla verməyə çağırır.

“Dünən axşam çaşqınlıqla rusiyalı diplomatın öümünün səbəbinin ekspertizası ilə bağlı ABŞ KİV-lərinə məlumat sıdığını bildik”, deyə Zaxarova bildirib. Bundan əvvəl verilən məlumatlara görə, tibbi ekspertlər Çurkinin cəsədinin açılmasından sonra əlavə tədqiqata ehtiyac olduğunu bildiriblər.

Qeyd edək ki, Rusiyanın BMT-ki daimi elçisi Vitali Çurkin fevralın 20-də Nyu-Yorkda vəfat edib. İlkin məlumatlara görə ölümün səbəbi qəfil ürək tutmasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol