Menu

Azərbaycanın xarici işlər naziri Moskvaya səfər edəcək

24.02.2017, 15:07
Azərbaycanın xarici işlər naziri Moskvaya səfər edəcək

"Mart ayında Moskvaya rəsmi səfər edəcək, Lavrovla görüşəcəm".

APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, səfər zamanı ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib.

"Nazirlər Kabinetində və Dövlət Dumasında da görüşlərim olacaq. Diplomatik Akademiyada çıxışım nəzərdə tutulub. Lavrovla iki ölkə arasında münasibətlərin 25 illiyinə həsr olunmuş sərginin açılışını edəcəyik", - deyə E. Məmmədyarov qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol