Menu

“Qarabağ” klubu Şəhidlər Xiyabanına yürüş təşkil edəcək

24.02.2017, 20:23

1389097088_qarabag-futbol-klubu-yenitgh"Qarabağ" futbol klubunun üzvləri fevralın 26-da Şəhidlər Xiyabanına yürüş təşkil edəcəklər.

"Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir saat 11:00-a planlaşdırılıb.

Yürüşdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, klub rəsmiləri, futbolçular, eləcə də, komandanın azarkeş qrupları iştirak edəcəklər.

Qeyd edək ki, fevralın 26-da Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol