Menu

Türkiyədə ölüm hökmünün bərpası ilə bağlı referendum keçirilə bilər

24.02.2017, 23:02
Türkiyədə ölüm hökmünün bərpası ilə bağlı referendum keçirilə bilər

Bunu Manisada keçirilən mitinqdə prezident Ərdoğan deyib

Türkiyə parlamenti ölüm hökmünün bərpa olunmasına dair qanun layihəsini qəbul etməzsə, ölkədə bununla bağlı referendum keçirilə bilər.

"Report" xəbər verir ki, bunu Manisa əyalətində keçirilən mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Mən dedim ki, parlament təsdiqləyərsə, ölüm hökmünün geri qaytarılmasını təqdir edərəm. Lakin problem ondadır ki, belə dəyişikliklər konstitusiyaya düzəlişlər tələb edir. Biz bu məsələ ilə bağlı referendumun keçirilməsinə təşəbbüs göstərə bilərik, əgər bu, parlament tərəfindən qəbul edilməzsə. Əgər xalq ölüm hökmünün geri qaytarılmasına səs verərsə, o zaman məsələ bağlanacaq", — deyə Ərdoğan bildirib.

Türkiyədə son ölüm hökmü 1984-cü ildə icra olunub. 2004-cü ilin mayında Avropa İttifaqına daxil olmaq üçün standartlara uyğunlaşmaq məqsədi ilə bu hökm ləğv olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol