“Bank of Azerbaijan” ASC-də Səhmdarların Növbədənkənar Ümumi Yığıncağı keçirilib. Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda “Bank of Azerbaijan”ın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Qərara əsasən, Mehman Məmməd oğlu İsmayılov bankın Müşahidə Şurasının sədri, Cavid Yusif oğlu Cavadov və Araz İsmayıl oğlu Əliyev Müşahidə Şurasının üzvləri seçiliblər.
Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq Məhəmmədəli Mahir oğlu Aslanova həvalə edilib. Fərid Eldar oğlu Orucov və Fərid Temraz oğlu Orucov İdarə Heyəti sədr müavinləri, Elşad Oqtay oğlu Kərimov və Nicat Nizami oğlu Xəlilov isə İdarə Heyətinin üzvləri seçiliblər.
Qeyd edək ki, “Bank of Azerbaijan” "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədovun bankıdır. Xeyli vaxtdır KİV-lərdə bu bankın iflas həddində olduğu haqda məlumatlar gedir. Bu gün isə hətta bankın idarəçiliyinin "başqa əllərə" keçdiyi haqda da məlumatlar verilib. Bu baxımdan, “Bank of Azerbaijan”ın rəhbərliyindəki ciddi dəyişikliklər diqqətçəkəndir və düşündürücüdür. İstisna deyil ki, bu bank həqiqətən də "əl dəyişdirib".
V.Nəsibov

Şərhlər