Menu

Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb- Səfirə irad bildirilib

22.05.2014, 19:58
Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb- Səfirə irad bildirilib

Azərbaycanın daxili işlərinə qarışmağın əksini tapdığı fikirlərə yol verilməsinin qeyri-məqbul olduğu bildirilib

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, səfirə “Azadlıq” radiosuna müsahibəsində işlətdiyi bəzi ifadələr xatırladılıb, Azərbaycanın daxili işlərinə qarışmağın əksini tapdığı fikirlərə yol verilməsinin qeyri-məqbul olması barədə irad bildirilib.

Səfirin diqqətinə çatdırılıb ki, bu kimi addımlar həm iki ölkə arasında münasibətlərin ruhuna, həm də diplomatik fəaliyyət normalarına uyğun deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol