Menu

Çin kommersiya kosmonavtikası üçün raket yaradacaq!

27.02.2017, 16:03
Çin kommersiya kosmonavtikası üçün raket yaradacaq!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) kommersiya kosmonavtikası üçün yeni raket yaratmaq qərarına gəlib.

«Çançjen-8» adlandırılacaq yeni daşıyıcı-raket məxsusi olaraq, kommersiya peyklərinin orbitə çıxarılması üçün adaptasiya olunacaq. Bu, açıq göstərir ki, Çin özəl uçuşlar bazarı ilə ciddi şəkildə məşğul olmaq niyyətindədir.

İlk belə raketin 2018-ci ilə qədər hazırlanacağı gözlənilir. Ehtimal edildir ki, onun qiyməti və imkanları özəl peyklərin uçuşu bazarında Çinə liderlərdən biri olmaq imkanı yaradacaq («China Daily»).

Raketin yükgötürmə qabiliyyəti 4,5 ton təşkil edəcək. Raket bütöv bir salonu orbitə çıxara biləcək.

Kommersiya uçuşları bazarında Çin 1990-cı ildən iştirak edir. Ötən müddət ərzində 50-dən artıq raket uçuşu həyata keçirilib və orbitə 60 kommersiya aparatı çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol