Menu

Trampı amerikalıların 48%-i dəstəkləmir

27.02.2017, 19:16
Trampı amerikalıların 48%-i dəstəkləmir

Amerikalıların 42%-i Donald Trampın ABŞ prezidenti kimi fəaliyyətini nisbətən bəyənir və bu, yaxınlarda vəzifəyə gəlmiş dövlət başçılarının göstəricisi üzrə rekord aşağı nəticədir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "NBC News" telekanalı və "Wall Street Journal" nəşrinin keçirdiyi son birgə sorğuya əsasən, amerikalıların 48%-i Donald Trampı dəstəkləmir.

Eyni zamanda, respondentlərin 44%-i onun fəaliyyətini müsbət qiymətləndirib.

Rəyi soruşulanların 32%-i isə D.Trampın öz vəzifələrinin icrasının öhdəsindən gələ bilmədiyini düşünür.

Qeyd edək ki, sorğu fevralın 18-dən 22-dək keçirilib.

Bundan başqa, "Gallup"un müxtəlif sorğularına əsasən, D.Trampın prezident kimi postda olduğu 4 həftəlik müddətdə orta reytinqi 42% təşkil edir və bu da yaxınlarda vəzifəyə gəlmiş dövlət başçılarının göstəricisi üzrə rekord aşağı nəticədir.(“Report”)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol