Menu

Əbiyevin ərazisi əlindən alındı - FOTO

23.05.2014, 08:35
Əbiyevin ərazisi əlindən alındı - FOTO

Keçmiş Müdafiə naziri Səfər Əbiyevə məxsus olan ərazi əlindən alınıb. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi məlumat yayıb. Məlumatda Yasamal rayonu Həsən Məcidov küçəsində yerləşən böyük ərazinin əslində Azərbaycan Ali Hərbi Məktəbinin (Avtopark) balansında olduğu bildirilib.

Məlumata görə, həmin ərazidə Silahlı Qüvvələrin zabitləri üçün mənzillərin tikilməsi ilə bağlı ideya olub. Lakin bu ideya Səfər Əbiyev tərəfindən müsbət qarşılanmayıb. Keçmiş nazir həmin ərazidən özünün biznes maraqları üçün istifadə etmək qərarı verib. Amma bu gün həmin ərazi üzərinə “Renessans Palace” yazılmış hasarla əhatə olunub. Ərazidə tikinti işlərinin “AS Group Investment” tərəfindən aparıldığı qeyd edilib.

Bildirilir ki, Səfər Əbiyev vəzifədən çıxarıldıqdan sonra həmin əraziyə nəzarəti itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol