Menu

İstanbul derbisinin qalibi "Beşiktaş" oldu - VİDEO

27.02.2017, 23:16
İstanbul derbisinin qalibi "Beşiktaş" oldu - VİDEO

Futbol üzrə Türkiyə Super Liqasında XXII turun son oyununda "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib.

"Report"un məlumatına görə, İstanbul derbisi qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu Adrian Taliska vurub. Braziliyalı yarımmüdafiəçi 47-ci dəqiqədə fərqlənib.

"Beşiktaş" bu qələbədən sonra 22 oyundan 50 xalla liderliyini möhkəmləndirib. Turnir cədvəlində 3-cü pillədə olan "Qalatasaray"ın 40 xalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol