Bu gün saat 12:00 radələrində Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.
“Marja” xəbər verir ki, hərracdan öncə, saat 10:00-a olan məlumata görə, bir çox banklarda dolların alış və satış qiymətləri dünən ilə müqayisədə əsasən dəyişməz olaraq qalır. Bir neçə bank dolların satış qiymətini aşağı salıb.
Dolların satış məzənnəsini AzərTürkBank 1.82 manatdan 1.81 manata, DəmirBank 1.83 manatdan 1.82 manata, PAŞA Bank 1.850 manatdan 1.82 manata, ExpressBank 1.82 manatdan 1.80 manata, Bank Silk Vey 1.79 manatdan 1.78 manata salıb.
Qeyd edək ki, bir neçə gündür dollar satan banklardan Kapital Bank və Bank Respublika ABŞ valyutasının məzənəsini dəyişmirlər. Digər bir sıra banklar dollar satmadıqları halda, bəzi banklar limitlə və ya kassda valyuta olarsa dollar satırlar. Kapital Bank isə limitsiz dollar satır. Bu bankın dolların alış və satış məzənnəsində etdiyi dəyişiklik digər banklar üçün də əsas olur.
Bu gün Mərkəzi Bankda keçiriləcək hərrac gözlənilir.


Şərhlər