Menu

Rusiyada axtarışda olan 2 nəfər Azərbaycanda tutuldu

28.02.2017, 12:55
Rusiyada axtarışda olan 2 nəfər Azərbaycanda tutuldu

Rusiya tərəfindən axtarışda olan şəxslər Azərbaycanda saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Rusiya vətəndaşı Səxavət Quliyev və Rusiya Cinayət Məcəlləsinin 131-ci maddəsi (zorlama) ilə beynəlxalq axtarışda olan Yaşar Aslanov tutulublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol