AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələrinə (HHQ) məxsus təyyarə bir neçə saat ərzində Kaliniqrad vilayəti sərhədi boyunca kəşfiyyat aparıb.
Hərbi aviasiyanın uçuşlarını izləyən saytlara istinadla, xəbəri «İnterfaks» agentliyi yayıb.
Saytların məlumatına görə, ABŞ strateji kəşfiyyat təyyarəsi Böyük Britaniyadakı aviabazadan havaya qalxaraq, Polşa istiqamətindən Rusiya sərhədinə yaxınlaşıb və azı 3 saat ərzində radiotexniki kəşfiyyat aparıb.
Bəzi anlarda təyyarə Rusiya sərhədinin 60 kilometrliyinə qədər yaxınlaşıb.


Şərhlər