«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyti xəbərə görə, Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev hesab edir ki, ötən 25 ildə Rusiya Federasiyası və Qazaxıstan nümunəvi münasibətlər qurub.
«Biz, bu 25 ildə dost dövlətlər və qonşular arasında vacib olan nümunəvi münasiətlər qurduğumuzu düşünürəm. Bu il diplomatik münasibətlər qurduğumuzun 25 illiyidir. Bizim uyğun idarələr bunu qeyd edirlər» - deyə, Nazarbayev qeyd edib.
Nailiyyətlər arasında o, Avrasiya iqtisadi ittifaqının (AAİİ) yaradılmasını qeyd edib və bu ittifaqın bütün üzvlər üçün «perspektiv əhəmiyyətli iş» olduğunu bildirib.
Nazarbayevin sözlərinə görə, Rusiya Federasiyası onun üçün «həm siyasətdə, həm də iqtisadi sahədə bir nömrəli həmkar» olaraq qarlır. Prezident qeyd edib ki, cari ildə onun Putinlə hələ görüşləri olacaq.
Nazarbaynv əlavə edib ki, Putin atıq apreldə keçirilməsi planlaşdırılan «Çin konfransı»nda iştirak etməyə razılıq verib. Bu konfrans «İpək yolu» kəmərinə həsr olunur.

Şərhlər