Menu

ABŞ Senatı “iflas kralı”nı ticarət naziri vəzifəsinə təsdiq etdi

28.02.2017, 15:55
ABŞ Senatı “iflas kralı”nı ticarət naziri vəzifəsinə təsdiq etdi

ABŞ Senatı səs çoxluğu ilə 79 yaşlı milyarder Uilbur Rossu Ticarət Nazirliyinin rəhbəri vəzifəsinə təsdiq edib.Bu barədə BBC xəbər yayıb.

Donald Trampın bu namizədi demokrat senatorlar tərəfindən müqavimət görməyib, nəticədə Rossun lehinə 72, əleyhinə isə 27 səs verilib.

Uilbur Ross “N M Rothschild & Sons”un Nyu-York ofisində maliyyəçi kimi fəaliyyətə başlayıb və iflaslar sahəsində məsləhətçi kimi işlədiyi üçün “iflas kralı” ləqəbi qazanıb. 1990-cı illərin əvvəllərində bir sıra investorlar gələcək prezidenti bu biznesdən sıxışdırıb çıxarmağa çalışarkən o, Donald Trampa Atlantik-Sitidə üç kazinosuna nəzarəti qorumağa yardım edib.

“Forbes” jurnalının 2,5 milyard dollar həcmində dəyərləndirdiyi sərvətini Ross iflasa uğramış şirkətlərin səhmlərini alaraq daha sonra satmaqla qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol