Menu

Göygödə intihara cəhd

01.03.2017, 09:10
Göygödə intihara cəhd

Göygöl rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1977-ci il təvəllüdlü Namazov Cəlil Əvəz oğlu yaşadığı evdə sirkə turşusu içərək intihar etmək istəyib.

O, dərhal yaxınları tərəfindən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb və C.Namazova həkimlər tərəfindən tibbi yardım göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilən C.Namazovun vəziyyətinin ağır olduğu bildirilir.

Onun nə üçün intihara cəhd etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol