Səhər aatlarında banklar dolların satış qiymətlərini artırmağa cəhd etsələr də, bu, baş tutmadı.
“Marja” xəbər verir ki, yenidən banklarda dolların satış məzənnəsi enimə meylindədir.
Məsələn, dolların satış qiymətini Unibank 1.79 manatdan 1.7780 manata, PAŞA Bank 1.8150 manatdan 1.7960 manata, NikoylBank 1.80 manatdan 1.7950 manata, Bank Silk Vey 1.79 manatdan 1.7850 manata endirib.
Qeyd edək ki, səhər saatlarında GünayBank dolların satış qiymətini 1.7770 manata endirmişdi. GünayBank-ın 1 saylı filialında Dollar limitsiz satılır.
Ekspertlər bildirirlər ki, Mərkəzi Bank dövriyyədəki manat kütləsini azaltdığından dollara tələb azalıb.


Şərhlər