Menu

Tramp yeni immiqrasiya fərmanını imzalamağı təxirə salıb

01.03.2017, 16:49
Tramp yeni immiqrasiya fərmanını imzalamağı təxirə salıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp yeni immiqrasiya fərmanının imzalanmasını həftənin sonuna qədər təxirə salıb.

Ağ evdəki mənbəyə istinadla bu xəbəri «CNN» telekanalı yayıb. Yerli mətbuatın məlumatına görə, yeni fərman əlində Amerika vizası olanlara və ABŞ-da daimi yaşamaq üçün icazəsi olan şəxslərə şamil olunmayacaq.

Bundan başqa, yeni fərmanla İran İslam Respublikasının (İİR) adı vətəndaşlarının ABŞ ərazisinə girişi qadağan olunan ölkələr siyahısından çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol