Menu

Bakıda evdən 4 min dollarlıq peyk antenası oğurlanıb

01.03.2017, 16:55

Antena1469429013Bakı şəhəri, Xəzər rayonunun Şağan qəsəbəsində bağ evindən oğurluq olub.

“Report”un xəbərinə görə, 1958-ci il təvəllüdlü Rafiq Məmmədova məxsus bağ evindən qapının kilidini sındırmaqla 4 000 ABŞ dollar dəyərində peyk antenası (televiziya üçün), 8 000 min manat dəyərində mebel dəsti və 2 ədəd çilçıraq oğurlanıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol