Menu

Mərkəzi Bankın Naxçıvandakı rəhbəri işdən çıxarıldı

02.03.2017, 10:44
Mərkəzi Bankın Naxçıvandakı rəhbəri işdən çıxarıldı

Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı ərazi idarəsinin rəhbəri dəyişib.

“Report” AMB-yə istinadən xəbər verir ki, indiyə qədər idarəyə rəhbərlik edən Səbuhi Hidayət oğlu Məmmədov vəzifəsindən azad edilib.

Onun yerinə Orxan Şıxəli oğlu Abdullayev təyin olunub.

Xatırladaq ki, AMB-nin Naxçıvandan başqa, Biləsuvar, Gəncə və Qubada regional mərkəzləri, Sumqayıt və Yevlaxda ehtiyat mərkəzləri fəaliyyət göstərir.

AzPolitika.info xatırladır ki, Səbuhi Məmmədov bir neçə gün əvvəl Naxçıvan MR-in maliyyə naziri vəzifəsinə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol