Menu

AĞDƏRƏ-TƏRTƏR İSTİQAMƏTİNDƏ GƏRGİNLİK - Erməni diversiya qrupu məhv edildi

02.03.2017, 15:46
AĞDƏRƏ-TƏRTƏR İSTİQAMƏTİNDƏ GƏRGİNLİK - Erməni diversiya qrupu məhv edildi

Martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub.

"Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir", - deyə, nazirliyin məlumatında vurğulanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol