Menu

Mərkəzi Bankdan böyük məbləğli hərrac - Dollara görə manat yığışdırılır

02.03.2017, 16:06
Mərkəzi Bankdan böyük məbləğli hərrac - Dollara görə manat yığışdırılır

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

“Marja” xəbər verir ki, Mərkəzi Bank 3 mart fevral 2017-ci il tarixində keçiriləcək hərracda 200 000 000 (iki yüz milyon) manat cəlb etməyi planlaşdırır.

Müddət 14 gün, faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.

Qeyd edək ki, Mərkəzi Bank depozit hərracları ilə dövriyyədəki manat kütləsini azaldır.

Xatırladaq ki, 27 fevral 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 196,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,73% təşkil etmişdir. Tələbin 196,5 milyon manat olmasına baxmayaraq Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini elan etdiyindən həmin məbləğdə cəlb etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol