AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresində demokrat deputatlar Baş prokuror Ceff Seşnsin istefasını tələb edirlər. Bildirilir ki, Senatda namizədliyinin təsdiqi zamanı o, Rusiya səfiri ilə görüş faktlarını gizlədib.
Ədliyyə naziri, ABŞ-da eyni zamanda Baş prokuror və Federal Təhqiqat Bürosuna (FTB) nəzarət edən məmur sayılır. Beləliklə o, Konqresdəki çıxışı zamanı andını pozmuş olub.
«İndi Ceff Seşns istefaya getməlidir» - deyə, Nümayəndələr Palatasında Demokrat partiyasının lideri Nensi Pelosi bəyan edib.
Bu qalmaqal «The Washington Post» qəzetində bir materialın dərc olunmasından sonra başlayıb. ABŞ Ədliyyə Nazirliyindəki anonim bir mənbəyə istinadla qəzet yazıb ki, Ceff Seşns ötən il Rusiya səfiri Sergey Kislyakla iki dəfə görüşüb.
Əgər gerçəkdən də belədirsə, deməli Senatda nazir postuna namizədliyinin müzakirəsi zamanı o, konrqesmenlərin suallarına cavab verərkən, yalan danışıb.


Şərhlər