Menu

Rusiya vətəndaşı "Türk Hava Yolları"nın təyyarəsini partlatmaq istədi

02.03.2017, 20:20
Rusiya vətəndaşı "Türk Hava Yolları"nın təyyarəsini partlatmaq istədi

Misirin İsgəndəriyyə şəhərinin Borq əl-Ərəb hava limanında baqajda partlayıcı qurğu keçirməyə çalışan Rusiya vətəndaşı saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "Egyptian Independent" qəzetinə hava limanındakı mənbə bildirib.

Həmin şəxsin əldəqayırma partlayıcı qurğu ilə İstanbula hərəkət edən “Türk Hava Yolları”na məxsus təyyarənin göyərtəsinə daxil olmaq istəməsi ehtimal edilib.

Hava limanının təhlükəsizlik əməkdaşları partlayıcı qurğular üzrə mütəxəssisləri hadisə yerinə çağırdıqdan sonra onlar baqajda partlayıcı qurğu olduğunu təsdiqləyiblər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol