Menu

Çin müdafiə xərclərini ilbəil artırır!

04.03.2017, 15:04
Çin müdafiə xərclərini ilbəil artırır!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) cari ildə müdafiə xərclərini 7,0 faiz artırmaq niyyətindədir.

Ölkənin ümumi daxili məhsulunda (ÜDM) müdafiə xərclərinin payı hazırda 1,3 faiz təşkil edir. Bu barədə Çin xalq nümayəndələri məclisinin rəsmi təmsilçisi Fu İn mətbuat konfransında xəbər verib.

Ötən il Çinin hərbi büdcəsini bundan əvvəlki illə müqayisədə 7,6 faiz artırmaq planlaşdırılmışdı (təxminən 146,0 milyard dollara yaxın). 2015-ci ildə isə bu ölkənin müdafiə xərcləri 144,0 milyard dollar səviyyəsində planlaşdırılmışdı ki, bu da 2014-cü illə müqayisədə 10,0 faiz çoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol