«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakın Donald Trampın komanda üzvləri ilə təmasları barədə qərb KİV-nin yazdıqlarına Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova özünün «Feysbuk» səhifəsində xeyli orijinal reaksiya verib.
Diplomat zarafatyana deyib ki, əgər Kislyakın Vaşinqtondakı bütün təmasları dərc olunsa, ABŞ-ın Şimalı ilə Cənubu arasında Vətəndaş müharibəsi təzələnər.
Qeyd edək ki, Zaxarovanın bu bəyanatı hazırda ABŞ-da bu mövzu ətrafında davam edən silsilə qalmaqallara bir cavab sayıla bilər.
Bəzi KİV-in və Tramp əleyhdarlarının fikrincə, belə görüşlər ABŞ-da keçirilən prezident seçkilərinin axarına təsir göstərə bilərdi. Ancaq indiyə qədər bu bəyanatları təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb.

Şərhlər