Menu

Bakının mərkəzində güclü külək işıq dirəyini aşırdı - FOTO

05.03.2017, 14:37
Bakının mərkəzində güclü külək işıq dirəyini aşırdı - FOTO

Bakıda, Səməd Vurğun küçəsi 151 ünvanında, Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında üstündə müşahidə kameraları olan elektrik dirəyi aşıb.

“Qafqazinfo” xəbər verir ki, elektrik dirəyinin aşmasına səbəb paytaxtda əsən güclü külək olub.

Qəza yeni baş verdiyindən hələ ki, heç bir tədbir görülməyib, elektrik dirəyi küçənin ortasında qalıb.

Şəkillərdən də göründüyü kimi, müşahidə kameraları zədələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol