Menu

Taksi sürücüsündən şok əməl - Bıçaqla hücum edib...

05.03.2017, 20:47

bicaqlanma sdfghjk bulvBakıda quldurluqla üzləşən şəxs polisə müraciət edib.

Lent.az xəbər verir ki, Abşeron rayon sakini olan 1984-cü il təvəllüdlü Rüstəmov Mətləb Sahib oğlu 41-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, gecə saatlarında Badamdardakı çay evindən çıxaraq "AzSamand" markalı taksiyə oturub. Taksi sürücüsü bir qədər keçdikdən sonra bıçaqla müştəriyə hücum edib və onun üzərindəki 400 manatı götürərək hadisə yerindən uzaqlaşıb.

M.Rüstəmov həmin taksi sürücüsünün tapılaraq cəzalandırılmasını tələb edib.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol