Menu

Ukrayna BVF-dan 1 milyard dollar alacaq

06.03.2017, 11:19
Ukrayna BVF-dan 1 milyard dollar alacaq

AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, Ukrayna hökuməti ölkə iqtisadiyyatına dəstək üzrə dördillik proqram çərçivəsində Beynəlxalq Valyuta Fondundan (BVF) 1 milyard dollarlıq növbəti tranşı alacaq. Kiyev bu barədə BVF-u ilə razılığa gəlib.

Bu barədə BVF-nun saytında məlumat verilib. Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk informasiyanı təsdiqləyib.

Qeyd edək ki, Ukraynaya maliyyə yardımı ölkə iqtisadiyyatına dəstək üzrə dördillik proqram çərçivəsində həyata keçirilir. Proqram 2015-ci ildən fəaliyyətə başlayıb.

Bu məqsədlə Ukraynaya ayrılacaq vəsaitin ümumi məbləği 17,5 milyard dollar qiymətləndirilir. Hazırkı vəziyyətə, Kiyev artıq bu məbləğin 6,5 milyard dollarını alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol