Menu

Rusiya 2017-ci ildə neftin qiymətini 55-60 dollar civarında proqnozlaşdırır

07.03.2017, 09:34
Rusiya 2017-ci ildə neftin qiymətini 55-60 dollar civarında proqnozlaşdırır

Rusiyanın Energetika Nazirliyi 2017-ci ildə neftin qiymətinin bir barelə görə 55-60 dollar səviyyəsində olacağını gözləyir.

"Report" xəbər verir ki, bunu bazar ertəsi "CERAWeek" energetika konfransı çərçivəsində keçirilən brifinq zamanı Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Biz neftin qiymətinin təqribən 55-60 dollar civarında (bir barelə görə – red.) formalaşacağını proqnozlaşdırırıq. Bunun yaxşı və ya pis olduğunu ilk növbədə bazar deyəcək", — deyə Novak bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol