"Rəqibdən daha üstün olmalıyıq. Hücumda və müdafiədə yaxşı çıxış etməliyik. Təbii ki, PSJ kimi komandaya qarşı bunları etmək çox çətindir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/8 finalının PSJ ilə cavab oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis ilk görüşdə 0:4 hesablı məğlub olmalarına baxmayaraq, mərhələ adlamaq şanslarının olduğunu bildirib: "Parisdəki görüşdən indiyə qədər çox şey dəyişib. İndi daha yaxşı oyun göstəririk. Rəqib ilk matçda 4 qol vurubsa, biz də sabah onlara 6 qol vura bilərik".
Qeyd edək ki, sabah "Nou Kamp"da keçiriləcək "Barselona" - PSJ oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Şərhlər