Menu

Əfqanıstanda ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib

08.03.2017, 10:42
Əfqanıstanda ABŞ səfirliyi yaxınlığında güclü partlayış baş verib

Bu gün səhər saatlarında Əfqanıstan paytaxtı Kabilin şimalında, Vəzir Əkbər Xan rayonundakı hospitalın qapısı qarşısında partlayış baş verib.

“RİA Novosti” bildirir ki, partlayışı törədən silahlılar binaya daxil olublar. Hazırda hospitalın binasında atışma gedir. Silahlıların sayı hələ bilinmir.

Həkimlərdən biri yerli KİV-ə bildirib ki, atışma Sərdar Məhəmməd Davud Xan adına hərbi hospitalın 3 və 4-cü mərtəbələrində gedir.

"TOLO News" telekanalı içəridə 4 silahlının olduğunu yazır.

Ölən və yaralananlar barədə hələ məlumat verilmir. Hər hansı qruplaşma insidentə görə məsuliyyəti üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol