Menu

Avstraliyada 250 milyon dollar dəyərində narkotik aşkarlanıb

08.03.2017, 12:08

narko-emeliyyat_583Avstraliya hüquq-mühafizə orqanları Sidneydə “qara bazar”da dəyəri 247 milyon dollar olan 540 kq metamfetamin müsadirə edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, güclü təsirə malik narkotik maddə olan metamfetamin396 plastik qabda aşkarlanıb.

Narkotik vasitə ABŞ-dan bir yük gəmisi ilə Sidneyin qərbindəki anbara gətirilib. Əməliyyat zamanı 2030 yaşlı 7 kişi və bir qız saxlanılıb. Onlar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol