Menu

Gürcüstan vətəndaşları martın 28-dən Avropaya vizasız gedəcəklər

08.03.2017, 22:18
Gürcüstan vətəndaşları martın 28-dən Avropaya vizasız gedəcəklər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Gürcüstan Respublikasının vətəndaşları mart ayının 28-dən başlayaraq, Avropa İttifaqı ölkələrinə vizasız gedə biləcəklər.

Uyğun qərar bu gün Avropa İttifaqının rəsmi jurnalında dərc olunub. Ancaq bu, yalnız qısamüddətli səfərlərə aiddir.

Bundan əvvəl Avropa İttifaqı Şurası (AİŞ) Gürcüstan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması barədə Qaydaları qəbul edib.

Bununla bərabər, yeni qaydalar İrlandiya və Böyük Britaniyanı əhatə etməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol