Menu

"Qarabağ problemi çox uzandı" - ABŞ səfiri

09.03.2017, 12:27
"Qarabağ problemi çox uzandı" - ABŞ səfiri

“Qarabağ problemi çox uzandı. Münaqişənin hərbi yolla həlli mümkün deyil”.

APA-nın cənub bürosunun xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Problemin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayan diplomat ATƏT-in Minsk qrupu həmsədrlərinin bu günlərdə Azərbaycana səfər edəcəklərini xatırladıb.

“Var gücümüzlə çalışacağıq ki, münaqişənin həlli istiqamətində işlər görülsün”, - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol