Menu

"Heç bir münaqişə ABŞ-ın iştirakı olmadan həll edilə bilməz" - Lavrov

09.03.2017, 15:19
"Heç bir münaqişə ABŞ-ın iştirakı olmadan həll edilə bilməz" - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın münaqişələrin həllində rolunu şərh edib.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, S. Lavrov almaniyalı həmkarı Ziqmar Qabriellə görüşün yekunlarına dair bildirib ki, heç bir münaqişə ABŞ-ın iştirakı olmadan həll edilə bilməz.

"Praktiki olaraq, ABŞ-ın iştirakı olmadan həll edilə biləcək heç bir münaqişə yoxdur", - deyə rusiyalı nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol