Menu

PKK-nın arxasında bu ölkə dayanır

09.03.2017, 21:00

pkk ocalanPKK-PYD silahlıları 8 Mart Dünya Qadınlar Günü münasibətilə təşkil olunmuş məkana hücum edərək, Suriya Kürd Milli Şurasının üzvü olan 4 qadını girov götürüb.

Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Muxtariyyətinin nümayəndəsi Nəvaf Rəşid deyib.

“Bununla da tutulan qadınlarımızın sayı 57-yə çatıb. Bundan başqa, əldə etdiyimiz məlumata görə, PKK-nın Şenqalda peşmərgə qüvvələrinə hücum etməsinin arxasında İran dayanır. Hətta bu məsələ ilə bağlı PKK və İran nümayəndlərinin iştirakı ilə toplantı da keçirilib”, - Nəvaf bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol