Menu

"Yunanlar böyük səhv edir" - Yıldırım

09.03.2017, 22:57
"Yunanlar böyük səhv edir" - Yıldırım

"Yunan tərəfinin “Enozis” qərarı böyük xətadır".

Axar.az xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Türkiyə Baş naziri Binəli Yıldırm deyib.

ŞKTR rəhbəri Mustafa Akıncı ilə görüşən Yıldırım bildirib ki, yunanlar bu səhvi tez bir zamanda düzəltməlidirlər:

“Yunan tərəfinin qəti mövqe sərgiləməsinin zamanı gəlib. Müzakirələr zamanı hər zaman Kipr türk xalqının yanında olacağıq. Qardaşlarımızın haqlı mübarizəsinə dəstək verəcəyik”.

Qeyd edək ki, yunan tərəfi – Cənubi Kipr parlamenti “Enozis” qərarının məktəblərdə tədris edilməsi ilə bağlı qərar qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol