«AzPolitika.info»-nu xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreyanın Konstitusiya Məhkəməsi (KM) ölkə Prezidenti Pak Kın Xenin impicmenti barədə parlamentin qərarını qanuni hesab edib.
İndi Pak Kın Xe hakimiyyətdən kənarlaşdırılacaq və ölkədə 60 gün ərzində növbədənkənar prezident seçkiləri keçiriləcək.
Cənubi Koreyanın parlamenti hələ ötən ilin dekabrında impicmentə səs verib. Prezident Pak Kın Xe korrupsiya ilə bağlı böyük qalmaqalla üzləşib.


Şərhlər