Menu

Rüfət Səfərovun anası aclıq aksiyasına başladı

10.03.2017, 20:03
Rüfət Səfərovun anası aclıq aksiyasına başladı

Keçmiş müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərova aclıq aksiyasına başlayıb. Bu barədə Səfərovun ailəsi adından məlumat yayılıb.

Məlumatda deyilir ki, Rüfət Səfərov martın 10-da 9 saylı cəzaçəkmə müəssisəsində ailəsi ilə görüşüb: “Rüfətin durumu çox ağır idi. Bu da görünür karsa salınan zaman ona göstərilən işgəncə faktları ilə bağlıdır. Rüfətin anası Tahirə xanım oğlu Rüfətə qarşı nümayiş etdirilən aşkar təqib və təzyiqlərə etiraz edərək artıq aclıq aksiyasına başlamışdır. Yaxın saatlarda ananın Azərbaycan xalqına, insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlara və ölkənin hüquq müdafiəçilərinə müraciəti olacaqdır”, – deyə məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol