Menu

Tovuzda iki minik avtomobili toqquşub - Ölən və yaralanan var

10.03.2017, 22:34

Qezada-sinmish-padpres-180912Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosonun verdiyi məlumata görə, hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb.

"BMW" və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu Nuriyev ölüb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol